image-n1karobka_ads
image-123
image-hedef1backend

Türk dünyasının inteqrasiyasını gücləndirən daha bir addım – FOTO

image-ad_qayo_720x110px

Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi keçirilib.

BAYRAQDAR MEDİA– İyulun 25-də Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi olub.

Bu barədə Hədəf Şirkətlər Qrupundan məlumat verilib.

Nazım Çavuşoğlu Şəmil Sadiqə KKTC bayrağı hədiyyə edib
Nazım Çavuşoğlu Şəmil Sadiqə KKTC bayrağı hədiyyə edib

Məlumata görə, tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Arca Turganer, Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselən, Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ sədr müavini Mirzə Cəfərzadə, Marsol Qrup rəhbəri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan Kuzey Kıbrıs Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də, xaricdə təhsil şirkətinin əməkdaşları, rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Xatirə fotosu
Xatirə fotosu

Çıxışlarda da qeyd olunduğu kimi bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.

Açılışdan daha bir xatirə
Açılışdan daha bir xatirə

Bildirilib ki, təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.

Məlumata əsasən, qonaqlar ofislə tanış olduqdan sonra rəmzi qırmızı lent kəsilib. Bununla da, tədbirin rəsmi açılışı reallaşıb. Açılışı edən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında təhsil sahəsində formalaşan bu körpünün gələcəkdə daha geniş əməkdaşlıqlara zəmin yaradacağına inandığını bildirib.

Daha sonra çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində ortaq mədəniyyət və dəyərlərin dayandığını vurğulayıb. O, Bakı tanıtım ofisinin yaradılmasının gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik potensialı, geniş infrastrukturu və təcrübəli professor-müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş imkanlar təqdim edəcəyini vurğulayıb. O, universitetin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələrə yeni üfüqlər açacağını qeyd edib.

Nazım Çavuşoğluna xatirə hədiyyəsi təqdim edilərkən
Nazım Çavuşoğluna xatirə hədiyyəsi təqdim edilərkən

Millət vəkili Cavanşir Feyziyev isə çıxışında ölkələrarası təhsil əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiklərini bildirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında təhsilin inkişafı baxımından belə təşəbbüslərin vacibliyini qeyd edərək Kuzey Kıbrısla qurulan əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən də tədbirdə çıxış edərək şirkətlərarası əməkdaşlığın gücləndirilməsinin və təhsil layihələrinə dəstəyin əhəmiyyətini önə çəkib. O, bu istiqamətdə qurulan hər bir tərəfdaşlığın gələcək üçün mühüm əsas olduğunu ifadə edib.

Tədbirdə, eyni zamanda, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən və Milli Məclisin deputatı Vüqar İsgəndərov da çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycan və Kuzey Kıbrıs arasında formalaşan təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gələcək əməkdaşlıqların davamlı olacağına inandıqlarını bildiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki