image-n1karobka_ads
image-123
image-img-20250823-wa0047backend

Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir – FOTO

image-ad_qayo_720x110px

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasından 13 il ötür.

Doğru.az xəbər verir ki, Fond 23 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (o dövrdə Türk Şurası) Zirvə Görüşündə təsis olunub.

Fondun prezidenti, Qazaxıstanın tanınmış bəstəkarı Aktotı Raimkulova bildirib ki, təşkilat yarandığı gündən türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliğini əsas məqsəd seçib. Bu illər ərzində mühüm tədbirlər həyata keçirilib, ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə verilib.

Hazırda Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, ədəbiyyat və tarix sahələrində irsinin qorunması, inkişafı və təbliyi istiqamətində fəaliyyətini davam etdirir. Son illərdə Qazaxıstandakı qədim Botay mədəniyyətinin dünyaya tanıdılması da Fondun uğurlu layihələrindən biri olub.

Qeyd edək ki, təşkilatın sıralarına daha sonra Özbəkistan qoşulub, yaxın gələcəkdə isə Macarıstan və Türkmənistanla əməkdaşlığın genişlənəcəyi gözlənilir. Fond türk xalqlarının milli-mənəvi dəyərlərinin təbliği, mədəniyyət abidələrinin bərpası, sərgilər və elmi konfransların təşkili ilə ortaq mədəni irsin yaşadılmasına mühüm töhfələr verir.

Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük miras kimi qiymətləndirilir.

DOĞRU.AZ

image-img-20250823-wa0046 image-img-20250823-wa0049 image-img-20250823-wa0048 image-img-20250823-wa0045

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki