Türkiyənin daxili işlər naziri Əli Yerlikaya CNN Türk-ə açıqlamasında bildirib ki, ölkənin qərbində baş verən 6,1 bal gücündə zəlzələ zamanı Balıkesir vilayətində 3 ev və bir mağaza uçub.
Doğru.az xəbər verir ki, nazir qeyd edib: “Üç bina və bir mağaza dağıdılıb”. Balıkesir şəhərindən görüntülər RT Telegram kanalı tərəfindən yayımlanıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətli orqanların vəziyyəti diqqətlə izlədiyini açıqlayıb.
DOĞRU.AZ




























