image-n1karobka_ads
image-123
image-photo_114093backend

UEFA Gənclər Liqası: “Sabah” bu gün “Bazel”lə üz-üzə gələcək

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Doğru.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı xorvatiyalı hakim Patrik Kolariç idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 6-da Bakıda təşkil olunacaq. Bu cütün qalibi 3-cü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) duelinin güclüsü ilə üz-üzə gələcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki