Hazırkı məqamda Ukrayna tərəfi İstanbul danışıqlarını davam etdirməkdən imtina edib.
Doğru.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Kiyev hələlik heç olmasa İstanbul raundları ilə bağlı təklifi rədd edib.
Uşakov həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri arasında keçirilən görüşü “çox mənalı” adlandırıb. Bildirilib ki, dövlət başçısı və ABŞ nümayəndə heyəti Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsini də müzakirə ediblər.
DOĞRU.AZ




























