Ukrayna vətəndaşları enerji çatışmazlığı səbəbindən ölkəni tərk etməyə başlaya bilər. Bu barədə Ukraynanın “Naftoqaz” QSC-nin keçmiş rəhbəri Andrey Kobolev “Ukrayinska Pravda” nəşrinə müsahibəsində bildirib.
O hesab edir ki, ölkə hazırda iqtisadi böhran astanasındadır. Kobolev Ukraynadakı vəziyyəti Latın Amerikası ölkəsinin iqtisadiyyatının iflasa uğradığı Venesuelada baş verənlərlə müqayisə edib. Onun sözlərinə görə, Ukraynada yerli müəssisələr normal fəaliyyət göstərə bilmir, çünki elektrik enerjisinin kəsilməsi gəlir əldə etmək imkanlarına təsir edir.
“Ancaq daha qorxulusu odur ki, enerjiyə vurulan zərbələri və çatışmazlıqları müharibə qorxusundan daha pis bir şey kimi qəbul edən bir çox insan var. Və bu diskomfort səbəbindən bu insanların ölkəni tərk edib xaricə getmə ehtimalı daha yüksəkdir”, – Kobolev bildirib.
Mənbə: RİA Novosti