“Spartak” Rusiya Premyer Liqasının (RPL) üçüncü turunun matçında “Sovetlərin qanadları”nı darmadağın edib.
Moskvanın “Lukoyl Arena” stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.
“Spartak”ın qollarını Manfred Uqalde (29, 56-cı dəqiqə) və Danil Prutsev (40) vurub.
“Spartak” altı xal toplayıb və Rusiya çempionatının cədvəlində beşinci yerdədir. “Qanadlar”ın xalları sıfır və 16-cı yerdədir.
Bundan əvvəl “Lokomotiv” RPL-in üçüncü turunda “Axmat”ı darmadağın edib.
Mənbə RT rusca