image-n1karobka_ads
image-123
image-17562749595845453336_1200x630backend

Uqanda naziri “ASAN xidmət” mərkəzində olub – FOTO

image-ad_qayo_720x110px

Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Doğru.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendi 30-dan çox ölkəyə ixrac edilir.

Görüş zamanı Uqandada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış Xidmət Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Uqandalı nazir ölkəsindəki Xidmət Mərkəzlərinin vətəndaş məmnunluğunu artırdığını qeyd edib və Səyyar ASAN xidmətin tətbiqi ilə maraqlandığını bildirib.

Qeyd edək ki, hazırda Uqandada “ASAN xidmət” təcrübəsi əsasında 6 mərkəz fəaliyyət göstərir. Nümayəndə heyətinə həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə ətraflı məlumat verilib.

DOĞRU.AZ

image-17562749594082964403_1200x630 image-17562749591266549334_1200x630 image-17562749596249522383_1200x630 image-1756274959545943729_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki