image-n1karobka_ads
image-123
image-fb_img_1755021414073backend

Vaşinqton zəfəri: Azərbaycan həm müharibədə, həm də sülhdə qalib gəldi

image-ad_qayo_720x110px

2025-ci il avqustun 8-i tarixə Güney Qafqaz üçün əbədi sülhə aparan yolda daha bir mühüm addımın atılması kimi düşdü. Həmin gün Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı.

Bunu politoloq Fikrət Əliyev BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, beləliklə də, sülh müqaviləsinin paraflanması ilə illərdir “Azərbaycan sabah Zəngəzuru tutacaq” deyib iftira yağdıranların dili tutuldu. Beynəlxalq aləmdə isə ölkəmizin nüfuzu bir az da artdı.

Fikrət Əliyev əlavə edib ki, bu, həm də Ermənistanın illərlə apardığı vaxtuzadma oyununu bitirdi: “Sülh kəsişməsi kimi utopik planlarla mövzunu dəyişməyə çalışan İrəvan indi istəsə də, istəməsə də, Azərbaycanın israrla tələb etdiyi maneəsiz gediş imkanını qəbul edir. Yəni Azərbaycan ən böyük məqsədlərindən birinə – Zəngəzur dəhlizinin açılmasına nail olur”.

O, vurğulayıb ki, tarixdə müharibəni udub amma diplomatiyada uduzan çoxlu sayda ölkə var: “Lakin Azərbaycan həm müharibədə tam və mütləq qələbə qazanıb, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirib, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı. Bütün bu uğurların memarı isə Qalib ölkənin Qalib Lideri cənab İlham Əliyevdir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki