image-ads_n1karobka_mobile
image-1610284649_vilaeytbackend

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Şəmkir rayon Polis Şöbəsində yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Onun əmri ilə, polis baş leytenantı Salmanzadə İsmayıl Cümşüd oğlu Şəmkir rayon Polis Şöbəsinin Post-patrul bölüyünə komandir müavini vəzifəsinə təyin olunub.

O, daha öncə Şəmkir rayon PŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki