Rusiya prezidenti Vladimir Putin dövlət səfəri çərçivəsində Qırğızıstana gəlib.
Doğru.az xəbər verir ki, Rusiya lideri prezident Sadır Japarovun dəvəti ilə 25–27 noyabr tarixlərində ölkədə olacaq.
Putin noyabrın 26-da Bişkekdə keçiriləcək KTMT sammitində iştirak edəcək və Belarus prezidenti Aleksandr Lukaşenko ilə ayrıca görüş planlaşdırılıb.
Rusiya nümayəndə heyətinin tərkibinə tanınmış iş adamı Roman Abramoviç, “Promsvyazbank”ın rəhbəri Pyotr Fradkov və “Rusiya poçtu”nun baş direktoru Mixail Volkov daxildir.
DOĞRU.AZ




























