image-2000x150px
image-123
image-ads_atlas
image-1584003598_1570007345_555backend

Xaçmaz məktəblərində pul marafonu davam etməkdədi

image-728x90px

Xaçmazın Nərəcan kənd məktəbindəki rüşvət oyunları…

Doğru.az xəbər verir ki, Xaçmaz rayonunun Nərəcan kənd orta məktəbinin direktoru təhsil müəssisəsində çalışan pedaqoji kollektivdən pul toplayır. Hər müəllimin dərs saatı əsas götürülərək ona uyğun bölüşdürülən vəsaitin ümumi miqdarının isə 3 min manatdan çox olduğu bildirilib. Dərs saatı çox olan müəllimlərdən çox, az olanlardan isə az.

Direktor Hüseyn Şıxməmmədov bu marafonun səbəbini təhsil şöbəsi ilə əlaqələndirib. O müəllimlərə bildirib ki, rayon təhsil şöbəsinə və 2 saylı Maliyyə Hesablaşma mərkəzinə Hesablama Palatası tərəfindən yoxlama gəlib. Mövcud nöqsanların aşkar olmaması üçün bu pulu toplayıb onlara verməliyik.

Qeyd edək ki, Nərəcan kənd orta məktəbinin direktoru Hüseyn Şıxməmmədov bir neçə il bundan əvvəl həmin məktəbə rəhbər təyin edilib. Məlum marafon məktəbin pedaqoji kollektivi tərəfindən narazılıqla qarşılansa da, hələlik buna görə etiraz səsini qaldıran olmuyub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki