image-2000x150px
image-123
image-ads_atlas
image-img-20211120-wa0004backend

Xaçmaz məktəblərində “soyğunçuluq” davam etməkdədi

image-728x90px

Hər müəllimin dərs saatına uyğun pul toplamaq tapşırılıb. Dərs saatı çox olanlar çox, az olanlar az verir. Çalışırıq ki, ədalətli formada bölüşdürək boynumuza düşən vəsaiti. Amma əlbət ki, bütün pedaqoji kollektiv narazıdır.

Qorxuram bunun nəticəsi biraz ağır olsun.
Artıq bir aya yaxındır ki, Xaçmaz məktəblərini kütləvi halda əhatə edən pul toplama marafonları davam etdirilir. Kütləvi halda həyata keçirilən bu “soyğun” demək olar ki, Xaçmaz məktəblərinin yarıdan çoxunda başa çatdırılıb. Digər təhsil müəssisələrində isə, noyabr ayının əmək haqlarının köçürülməsi gözlənilir. Ortalama olaraq, bu məbləğ 2000 (iki min) manatdan 15000 (on beş min) manata qədər dəyişir. Şəhər məktəblərinin hamısında 10000 (on min) manatdan çoxdur. Vəsait müəllimlər arasında bölüşdürülür.

Qeyd edək ki, bir müddət bundan əvvəl Hesablama Palatasının 2 saylı maliyyə hesablaşma mərkəzinə gələn audit yoxlamasından sonra bütün təhsil müəssisələrində yüksək məbləğdə pul toplama marafonlarına start verilib. Yoxlama zamanı aşkar edilən nöqsanlar nədənsə pul cəzası formasında tətbiq edilir.

Məsələ ilə bağlı Doğru.az –a münasibət bildirən Qədəşoba kənd məktəbinin direktoru Ənvər Bədəlov bildirib ki, mən pul-mul yığıb eləmirəm. Gedin H.Əliyev praspektindəki mərkəzdən (Təhsil şöbəsini nəzərdə tutur) soruşun. Kim yığdırır, kimin üçün yığdırır, nə üçün yığdırır, bütün sualların cavabların orda yaxşı bilirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki