image-n1karobka_ads
image-123
image-17479783495082382_1200x630backend

Xəzər dənizinə 120 min balıq buraxıldı – Beynəlxalq Bioloji Müxtəliflik Gününə töhfə

22 May – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada əlamətdar ekoloji təşəbbüs həyata keçirilib. “LU-MUN Holding”in törəmə şirkəti olan “Azerbaijan Fish Farm” MMC tərəfindən Xəzər dənizinə 100.000 nərə və 20.000 Xəzər qızılbalığı buraxılıb.

Doğru.az xəbər verir ki, Neftçala Olimpiya Kompleksində baş tutan tədbirdə 170-dən çox qonaq iştirak edib. Qonaqlar arasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müxtəlif dövlət qurumları, səfirliklər, QHT-lər və biznes nümayəndələri yer alıblar.

Tədbir çərçivəsində çıxış edən Məcnun Məmmədov Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ölkədə Balıqçılıq və Akvakultura Mərkəzinin yaradıldığını və bu təşəbbüsün biomüxtəlifliyin qorunması üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Neftçala RİH başçısı Mirhəsən Seyidov isə Ümummilli Lider Heydər Əliyevin ekologiyaya verdiyi önəmi və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

“LU-MUN Holding” İdarə Heyətinin sədri Emil Məmmədsadıxov və “Azerbaijan Fish Farm” şirkətinin direktoru Nurlan Abdinov tədbirin ölkədə ekoloji balansın bərpası və dayanıqlı akvakulturanın inkişafı baxımından mühüm addım olduğunu bildiriblər. Nurlan Abdinov qeyd edib ki, qarşıdakı illərdə bu rəqəmin 1 milyon balığa çatdırılması hədəflənir.

Layihənin reallaşmasına AZAL, SOCAR, Azerbaijan Poultry Company, Wings, Gilan Holding, CMS Properties, Alltech Coppens kimi strateji tərəfdaşlar dəstək verib.

AZAL prezidentinin müşaviri Fidan Fərzəliyeva isə bildirib ki, bu təşəbbüs AZAL-ın “Sıfıra Yaxın Emissiya” planının bir hissəsi olaraq şirkətin ESG strategiyası çərçivəsində həyata keçirilir.

Tədbirin sonunda iştirakçılar Kür Təcrübi Nərə Balıqartırma Zavodunu ziyarət edərək dayanıqlı akvakultura sahəsində görülən işlərlə tanış olublar.

DOĞRU.AZ

image-17479783492531144374_1200x630 image-1747978349731562427_1200x630 image-17479783494125117043_1200x630 image-1747978349590653087_1200x630 image-174797834919733764_1200x630 image-17479783493047858_1200x630 image-1747978349541804311_1200x630 image-17479783496163862605_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki