Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Moskva Rusiyaya qarşı oyunlarda “sövdələşmə əşyası”na çevrilməmək şərti ilə Gürcüstanla münasibətlərin normallaşdırılmasına ciddi şəkildə sadiqdir.
Doğru.az xəbər verir ki, diplomatın sözlərinə görə, Moskva Tbilisi ilə sabit və qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır, Tbilisi isə xarici siyasətdə sağlam praqmatizm və çoxvektorlu yanaşmaya üstünlük verir.
Kalugin xatırladıb ki, Gürcüstan Rusiya əleyhinə sanksiyalar koalisiyasına qoşulmayıb və Rusiyaya qarşı xaricdən tətbiq edilən “ikinci cəbhə”nin açılması kimi ehtiyatsız ssenarini rədd edib.
Diplomat daha əvvəl də bildirmişdi ki, Qərb Cənubi Qafqazı Rusiyaya qarşı yönəltməyə çalışır.
Politoloq və Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov Gürcüstanın Rusiyaya qarşı düzgün və balanslı siyasət yürtdüyünü vurğulayıb.
DOĞRU.AZ




























