image-n1karobka_ads
image-123
image-68e4ac4202e8bd793b1aeb6ebackend

Yaponiya ABŞ üçün gizli geosiyasi rəqibə çevrilir

image-ad_qayo_720x110px

Sohu nəşri yazır ki, Yaponiya hərbi və iqtisadi baxımdan ABŞ üçün əsas gizli geosiyasi rəqibə çevrilib.

Doğru.az xəbər verir ki, məqalə müəlliflərinin fikrincə, Tokio uzun illərdir Vaşinqtonun himayəsi altında öz imkanlarını artırır və hazırda Yaponiyanın dəniz özünümüdafiə qüvvələri sırf müdafiə məqsədindən kənara çıxaraq hücum potensialı da qazanıb.

Yaponiya, eyni zamanda, maşınqayırma, yarımkeçiricilər və çip istehsalında dünya lideri kimi tanınır. Bu da onun iqtisadi gücünü artıraraq ABŞ-la rəqabəti daha da gücləndirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın 27 oktyabrda Tokiyaya səfəri ilə bağlı razılıq əldə olunub. Sentyabr ayında isə ABŞ və Yaponiya tarixdəki ən böyük birgə hərbi təlim – “Qətiyyətli Əjdaha 25”i keçiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki