image-n1karobka_ads
image-123
image-img-20240402-wa0068backend

Yaşarın gözü yolda qaldı – FOTO/VİDEO

Müğənni Yaşar Yusub yazın gəlişi ilə ilk layihəsini təqdim edib.

İfaçı “Xəbər elə” adlı yeni ifa etdiyi nəğməni artıq izləyicilərinin ixtiyarına verib. Bəstənin sözləri Oktay Kamil, musiqisi Fərid Kərimli, aranjimanı isə Elvin Musayevə aiddir.

Yaşarın sadəcə şəkillərlə “cover” variantda hazırladığı işi yenə də sevgidən bəhs edir.

Müğənni lirik balladaların onun repertuarında daha çox uğurlu alındığını deyərək, bu musiqinin də tezliklə seviləcəyini bildirir. Qeyd edək ki, “Xəbər elə” artıq Yaşarın rəsmi “youtube” kanalında “online”dır.

DOĞRU.AZ

image-img-20240402-wa0074 image-img-20240402-wa0067 image-img-20240402-wa0073 image-img-20240402-wa0066  image-img-20240402-wa0072 image-img-20240402-wa0069 image-img-20240402-wa0070

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki