image-n1karobka_ads
image-123
image-68dd25d1ae5ac94ac735e245backend

Yekaterinburqda 12 məktəbli zəhərləndi: səbəb zülal tozu ola bilər

image-ad_qayo_720x110px

RT-yə müsahibə verən həkimlər Yekaterinburqda məktəblilərin zəhərlənmə səbəblərini izah ediblər.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional nümayəndəsi Valeri Qorelixin açıqlamasına görə, lisey şagirdləri zülal tozunu inhalyasiya etmiş ola bilərlər.

Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, belə tozların tənəffüs yollarına daxil olması mexaniki qıcıqlanma və ağciyərlərin zədələnməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu proses normal nəfəs almağı çətinləşdirir, öskürək, nəfəs darlığı və bronxospazm yaradır. Bundan əlavə, tozun tərkibində olan tatlandırıcılar və digər kimyəvi maddələr vəziyyəti daha da ağırlaşdırır və allergik reaksiyalara səbəb ola bilər.

Eyni zamanda, immunoloq Vladislav Jemçuqov allergik reaksiyanın kütləvi şəkildə baş verməsini şübhə altına alaraq, problemin əsasən tozun tənəffüs yollarında yaratdığı mexaniki təsirlə bağlı ola biləcəyini deyib.

Qeyd edək ki, Sverdlovsk vilayətinin prokurorluğu daha əvvəl Yekaterinburqda 12 məktəblinin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki