image-n1karobka_ads
image-123
image-691ad8c902e8bd2c03340740backend

Yeni Dehlidə kamikadze avtomobili partlatmaqda şübhəli Kəşmirli həbs edilib

image-ad_qayo_720x110px

Hindistanın Terrorla Mübarizə Təhqiqat İdarəsi Yeni Dehlidə kamikadze avtomobili partlatmaqda şübhəli bilinən Kəşmirli şəxsin həbs olunduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, Associated Press-in Milli İstintaq Agentliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi, noyabrın 10-da partlayan avtomobil Əmir Rəşid Əlinin adına olub.

Partlayış Qırmızı qala yaxınlığında baş verib, nəticədə 10 nəfər ölüb, 32 nəfər yaralanıb. Hindistan hakimiyyəti insidenti “antimilli qüvvələr” tərəfindən törədilən “iyrənc terror aktı” adlandırıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, partlayış Kəşmir polisinin yaraqlıların olduğu ehtimal edilən hücrəsini sökməsindən bir neçə saat sonra baş verib. İndiyədək iki Kəşmirli həkim də daxil olmaqla azı 7 nəfər həbs edilib və çoxlu miqdarda partlayıcı material ələ keçirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki