image-2000x150px
image-123
image-ads_atlas
image-modern-az-27-04-2021-1619551401backend

YPX avtomobili qəzaya düşdü

image-728x90px

Salyanda yol patrul xidməti avtomobili (YPX) ilə minik avtomobili toqquşub.

Bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə hadisə zamanı ölən olmayıb. Xəsarət alanların olduğu ehtimal edilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib:

“Belə ki, Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan Rayon Polis Şöbəsinin YPX əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki