“The Washington Post” mənbələrinə istinadən yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevə təqdim etdiyi sülh planı ilə razılaşmaqdan imtina edir. Bəyanatda qeyd olunur ki, “Zelenskinin bununla razılaşmaq niyyəti yoxdur”.
Doğru.az xəbər verir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı hazırlanan planın Volodimir Zelenskiyə təqdim olunması üçün ABŞ-ın ordu katibi Daniel Driskolu Kiyevə göndərdiyi bildirilmişdi.
Bununla yanaşı, Reuters yazır ki, Avropa ölkələri də ABŞ-ın Ukrayna ilə bağlı sülh planına qarşı çıxıb.
DOĞRU.AZ




























