Ukrayna lideri Vladimir Zelenski cümə günü Türkiyəyə səfəri çərçivəsində Ankara və Kiyev arasında birgə müdafiə layihələrini müzakirə etmək üçün türk müdafiə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.
Bu barədə Zelenskinin ofisi Telegram kanalında məlumat yayıb.
“Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin inşası davam edən gəmiqayırma zavodlarına baş çəkəcək, həmçinin Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək”, – məlumatda deyilir.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukraynanın qarşıdurmada hərbi imkanlarının həddinə çatdığını, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazım olduğunu bildirmişdi.
Mənbə: Sputnik