image-n1karobka_ads
image-123
image-693a4dab02e8bd7c113d9d80backend

Zelenski Ukraynada seçkilərdən danışdı

image-ad_qayo_720x110px

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə seçkilərin keçirilməsindən danışaraq ictimaiyyətin diqqətini korrupsiya qalmaqalından yayındırmaq niyyətində ola biləcəyini bildirib.

Doğru.az xəbər verir ki, bu fikirləri Almaniyanın Die Welt televiziya kanalının Kiyevdə olan müxbiri Kristof Vanner səsləndirib.

Vanner qeyd edib: “Ukraynadakı korrupsiya qalmaqalını nəzərə alsaq, daxili siyasi səbəblər ola bilər. Deməli, ola bilsin ki, Zelenski qabaqlayıcı tətil planlaşdırır.” Onun fikrincə, qalmaqal Kiyev rejiminin rəhbərinin reytinqini xeyli aşağı salıb və mümkün yenidən seçilməsini çətinləşdirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə müsahibəsində Ukraynada prezident seçkilərinin vaxtının çatdığını bildirmişdi.

Ukraynanın müdafiə naziri Denis Şmıxal isə ölkənin ümumi seçkilərə hazır olduğunu açıqlayıb və onların keçirilməsi üçün bir sıra şərtlər irəli sürüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki