image-n1karobka_ads
image-123
image-zelenski-1backend

Zelenski və ABŞ nümayəndəsi arasında telefon danışığı olub

image-ad_qayo_720x110px

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında telefon danışığı baş tutub.

Doğru.az xəbər verir ki, zəng Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən görüş zamanı gerçəkləşib.

Makron və Zelenski Avropa liderləri, həmçinin amerikalı və ukraynalı danışıqlara cavabdeh şəxslərlə fikir mübadiləsi aparıblar. Onların Britaniyanın Baş naziri Keir Starmer, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və digər Avropa liderləri ilə də əlaqə saxladıqları bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Fransanın siyasətçisi Florian Filippot Aİ liderlərinin, Makronun başçılığı ilə, Zelenskini xilas etmək üçün xüsusi əməliyyat planlaşdırdıqlarını bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki