Ukrayna prezidentinin dəftərxanası ötən həftə vilayət administrasiyalarının rəhbərlərinə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə istənilən əlaqəni dayandırmağı tapşırıb.
Strana.ua xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Nikolov vilayət administrasiyalarından birindəki mənbəsinə istinadən yazıb.
Jurnalist qeyd edib ki, belə bir sərəncam qubernatorlara “bölgə elitasının onun ətrafında həyəcan yaratmaması üçün” çatdırılıb.
Onun sözlərinə görə, belə bir qadağa ilə Zelenskinin komandası potensial rəqibini məhv etməyə çalışır.
Zelenski “The Sun”a müsahibəsində daha əvvəl Zalujnı və digər hərbçiləri siyasətlə məşğul olmamağa çağırıb, çünki bu, “millətin birliyinə gətirib çıxarmır”.
Mənbə: Lenta.ru