image-2000x150px
image-123
image-ads_atlas
image-4edc02b4-774e-3402-a943-618a1936fadd_850backend

Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlərin tamamlanacağı vaxt açıqlandı

image-728x90px

“Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır.

“Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il üçün yekunlaşdırılması planlaşdırılır. Bu, çox ciddi bir alternativ olacaq”, – deyə nazir bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki