Avqustun 25-də Finlandiyada Avropa ölkələri və ABŞ qoşunlarının iştirakı ilə beynəlxalq xüsusi təyinatlıların təlimi start götürüb. Təlimlər sentyabrın 12-dək davam edəcək.
Doğru.az xəbər verir ki, tədbirdə təxminən 1,6 min hərbçi iştirak edir. Əsas məqsəd Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanlarını yoxlamaqdır.
Məlumata görə, təlimlərə Avropa və ABŞ silahlı qüvvələrinin NH90 nəqliyyat helikopterləri, MD500 yüngül vertolyotları, F/A-18 Hornet qırıcıları və digər hərbi təyyarələr cəlb olunub.
Xatırladaq ki, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov daha əvvəl Rusiya ilə Finlandiya arasında münasibətlərin bərpa olunma ehtimalından danışmışdı.
DOĞRU.AZ