“Neftçi” basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.
Doğru.az xəbər verir ki, xorvatiyalı basketbolçu Toni Perkoviç yeni mövsümdə Bakı təmsilçisinin heyətində çıxış edəcək.
27 yaşlı müdafiəçi 2016–2019-cu illərdə Xorvatiyanın tanınmış “Sedevita” klubunda oynayıb. O, həmçinin “Split” və Fransanın “Orleans” komandalarının uğurları üçün çalışıb. Son mövsümdə isə İtaliyanın “Forli” klubunda forma geyinib.
Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin üzvüdür.
DOĞRU.AZ