21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün 4-cü oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüş “Dalğa Arena”da saat 19:00-da başlayacaq və matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi 3 turdan sonra 1 xalla B qrupunda 5-ci, Şotlandiya isə 3 xalla 4-cü pillədə qərarlaşıb.
DOĞRU.AZ