image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-13backend

Aqşin Kamala yeni vəzifə verildi

image-728x90px

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı BANM-in rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə tanınmış jurnalist Aqşin Kamal təyinat alıb.

A.Kamal tələbəlik illərindən müxtəlif televiziya və dövri mətbuatda jurnalist kimi çalışıb. 2006-cı ildən 2012-ci ilədək Lider televiziyasında Xəbərlər departamentində fəaliyyət göstərib. 2012-2020-ci illərdə isə Xəzər televiziyasında şöbə müdiri, Xəbərlər departamentində redaktor, aparıcı və telekanalın sözçüsü vəzifələrində çalışıb.

Aqşin Kamal 2015-ci ildə Azərbaycanda KİV- in inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki