Hollivud aktyoru Leonardo Di Kaprio italyan model Vittoria Ceretti ilə gəzinti zamanı fotosessiyaya çəkilib.
48 yaşlı Leonardo Di Kaprio və 25 yaşlı Vittoria Ceretti Santa Barbara ətrafında gəzərək dondurma yeyiblər. Aktyor ağ köynək, boz şort və tünd yaşıl papaq, yoldaşı isə qara mini şort və ağ sviter geyinib.
Leonardo DiCaprio və Vittoria Ceretti ilk dəfə deyil ki, birlikdə görüntülənirlər. Cütlük üçün mümkün romantika haqqında şayiələr ilk dəfə 2023-cü ilin may ayında aktyor və model Kannda birlikdə gəzərkən çəkiliş zamanı ortaya çıxdı. Daha sonra Di Kaprio və Ceretti dizayner Rikardo Tişinin ad günündə birlikdə görünüblər.
İyunun əvvəlində tabloidlər Leonardo Di Kaprionun 28 yaşlı model Neelam Gill ilə romantikasından yazmışdılar. “Page Six”in məlumatına görə, aktyor qızı valideynləri ilə tanış edib, bundan sonra onlar həftəsonunu İtaliyanın Amalfi şəhəri yaxınlığındakı yaxtada birlikdə keçiriblər. Bununla belə, iyulun sonunda Neelam Gill şəxsi bloqunda Di Kaprio ilə arasında heç bir romantik münasibətin olmadığını bildirən bir yazı dərc etdi.
Mənbə: Gazeta.ru