image-n1karobka_ads
image-123
image-22332-pic_32ratio_900x600-900x600-13240backend

48 yaşlı Leonardo Di Kaprio 25 yaşlı sevgilisini anası ilə tanış edib

Hollivud aktyoru Leonardo Di Kaprio model Vittoria Cerettini anası ilə tanış edib. 

48 yaşlı aktyor anası İrmelin İndenbirken və yeni sevgilisi olduğu iddia edilən 25 yaşlı model Vittoria Ceretti ilə birlikdə Milanda Pinacoteca Ambrosiana muzeyindən çıxarkən paparassilərə tuş gəlib.

Nəşrin yazdığına görə, Di Kaprio ilə Ceretti arasında münasibətlər “daha ​​ciddi” olub.

“Onlar son bir neçə ayda birlikdə olduqca çox vaxt keçirirlər və bir-birlərini daha dərindən tanımaqdan həzz alırlar” dedi Page Six cütlüyə yaxın bir insayderdən sitat gətirir.

Leonardo DiCaprio və Vittoria Ceretti arasında romantika haqqında şayiələr ilk dəfə 2023-cü ilin may ayında aktyor və model Kannda birlikdə gəzərkən çəkilən zaman ortaya çıxdı. Daha sonra Di Kaprio və Ceretti dizayner Rikkardo Tisçinin ad günü şənliyində birlikdə görünüblər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki