Amerikalı aktrisa Demi Mur Schiaparelli və Neiman Marcus brendlərinin kokteyl gecəsinə qatılıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Los-Ancelesdəki Con Sowden House-da qonaq qismində aktrisa Demi Mur və qızı Skaut Uillis iştirak edib. 60 yaşlı aktrisa ictimaiyyət qarşısında görünmək üçün tüvit mini ətək və pencəkdən ibarət kostyum, qızı isə qara şalvar kostyumu seçib.
Gecənin qonaqları arasında Olivia Wilde, Angela Bassett, Natasha Lyonne, Shalom Harlow, Daniel Roseberry və başqaları da olub.
Mənbə: Haberler.com