“Dynasty” serialında Aleksis Kolbi obrazı ilə tanınan britaniyalı aktrisa Coan Kollinz “The Guardian”a müsahibəsində gözəllik rituallarından danışıb.
90 yaşlı Coan Kollinz müsahibəsində gözəllik rituallarından danışıb və niyə heç vaxt plastik əməliyyat və ya gözəllik iynəsi etdirmədiyini izah edib.
“Mən özümə heç nə etməmişəm. Sadəcə bütün bunları edə bilmədim. Uşaqlıqdan bəri iynə qorxusu var idi”, – aktrisa etiraf edib.
Jurnalist Kollinsi dərisinin keyfiyyətinə görə tərifləyəndə aktrisa uşaqlıqdan nəmləndirici kremlərdən istifadə etdiyini deyib.
Mənbə: Haberler.com