Avropa ölkələri digər məsələlərlə yanaşı maliyyə ilə bağlı daxili problemlər fonunda Ukrayna münaqişəsindən “yorğunluq nümayiş etdirir”, Latviya, Litva və Estoniya isə Kiyevə kömək siyasətinə sadiq qalmaqda davam edir. Bu barədə Amerikanın “New York Times” qəzeti yazır.
“Avropa ölkələri müharibə ilə əlaqədar artan yorğunluq və maliyyə çətinlikləri nümayiş etdirir”, – nəşr yazır.
Qəzet vurğulayır ki, ABŞ-ın Ukraynaya əlavə yardımı “sual altındadır”, çünki Konqresdəki respublikaçılar silah və təxminən 61 milyard dollarlıq digər yardımların tədarükünü əngəlləməkdə davam edir.
Bu fonda “New York Times” bu inkişafın “müharibəyə dəstəyini azaltmaq istəyən Avropa rəsmilərinə siyasi pərdə verə biləcəyini” qiymətləndirdi.
Mənbə: New York Times