image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-09-13t000908z_1074478685_hp1ej9d00f54y_rtrmadp_3_awards-mtv-vma-pic_32ratio_900x600-900x600-65813backend

ABŞ-da Demokratlar Taylor Sviftin konsertlərindən təbliğat üçün istifadə etmək istəyirlər

image-728x90px

ABŞ-dakı Demokratlar Partiyasının nümayəndələri Floridada seçki kampaniyası üçün müğənni Teylor Sviftin konsertlərindən istifadə etməyə hazırlaşır.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Jurnalistlər iddia edirlər ki, ifaçının Mayamidəki çıxışlarında demokratlar seçicilərin qeydiyyatını həyata keçirmək istəyirlər. Bundan əlavə, onlar müğənninin 2024-cü ilin aprelində işıq üzü görəcək yeni albomu üçün karaoke partisi və qrup dinləmələri təşkil etməyi planlaşdırırlar.

Üstəlik, Demokrat Partiyasının üzvləri Sviftdən demokratlar tərəfindən qaldırılan sosial problemləri müzakirə etmək üçün öz konsertlərindən istifadə etməyi xahiş etmək niyyətindədirlər.

Politico-ya görə, demokratlar bu addımlarla hazırda respublikaçılara etibarlı şəkildə səs verən Floridada mövqelərini gücləndirməyə ümid edirlər.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki