image-n1karobka_ads
image-123
image-1122344444-pic_32ratio_1200x800-1200x800-42739backend

ABŞ-da təcili çıxışdan qanaddan çıxan təyyarə sərnişini həbs edilib

ABŞ-da təyyarənin sərnişini havaya qalxmazdan əvvəl təcili çıxışı açıb qanadına çıxdığı üçün həbs edilib.

KİV-in məlumatına görə, insident Nyu Orleandakı beynəlxalq hava limanında baş verib. Şahidlərin dediyinə görə, kişi əvvəlcə təyyarənin qanadı üzərinə yeriyib, sonra isə ondan tullanaraq uçuş-enmə zolağı ilə qaçıb.

Sərnişinin əməkdaşları tərəfindən tutulmazdan əvvəl şirkətin yük avtomobilini də oğurlamağa çalışdığı bildirilir. Polis əlavə edib ki, həmin şəxs hazırda həbsdədir, lakin istintaqın maraqları naminə onun kimliyi açıqlanmır.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki