Amerikalıların yalnız 37%-i ABŞ prezidenti Co Bayden administrasiyasının Fələstin-İsrail münaqişəsinə yanaşmasını bəyənir, ABŞ sakinlərinin dörddə biri isə hesab edir ki, İsrailin Qəzza zolağında hərbi əməliyyatları “həddindən artıq irəli gedib” və qeyri-mütənasibdir. Bu barədə Wall Street Journal-ın noyabrın sonu – dekabrın əvvəllərində keçirdiyi sorğuda məlumat verilib.
“Prezident Bayden müharibəyə verdiyi reaksiyaya görə aşağı qiymət aldı, rəyi soruşulanların 37%-i onun münaqişəyə yanaşmasını bəyəndiklərini söylədi” deyə nəşr bildirib.
Qeyd edilir ki, bu cür aşağı ballar Baydenin “prezidentliyinin ən aşağı nöqtəsində olan” ümumi bəyənmə reytinqinə uyğundur.
Mənbə: A Haber