ABŞ hakimiyyəti Qrenlandiyanın ilhaqına dörd fərqli yolla nail ola bilər.
Doğru.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, mümkün ssenarilərdən birincisi ABŞ-ın silahlı müdaxiləsini nəzərdə tutur. Digər variant isə Qrenlandiyaya qarşı məcburetmə mexanizmlərinin tətbiqidir.
Qəzetdə qeyd olunur ki, üçüncü ehtimal Azad Birlik Sazişinin bağlanmasıdır. Dördüncü seçim isə Qrenlandiyanın Danimarkanın tərkibində qalması, lakin adada ABŞ hərbi qüvvələrinin gücləndirilməsi variantıdır.
Xatırladaq ki, daha əvvəl Reuters Ağ Evə istinadən xəbər vermişdi ki, ABŞ hakimiyyəti Qrenlandiyanı əldə etmək üçün bir sıra variantları müzakirə edir və silahlı qüvvələrdən istifadə bu variantlardan biri olaraq gündəmdə qalır.
DOĞRU.AZ




























