ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, o, milli təhlükəsizliyə Rusiyadan qaynaqlandığı iddia edilən yeni təhlükədən yanvar ayından xəbərdardır.
“Biz bir neçə həftədir ki, bu məsələdən xəbərdarıq və prezidentlə görüş tələb etmişik. Mən bunu yanvarda yazmışdım”, – deyə Conson fevralın 16-da jurnalistlərə bildirib.
Fevralın 14-də ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi konqresmenləri “milli təhlükəsizliyə ciddi təhdid” barədə xəbərdar edib və prezident Co Baydeni bu məsələ ilə bağlı məlumatların məxfiliyini açıqlamağa çağırıb. Bu təhlükənin nə olduğu açıqlanmayıb.
Mənbə: CNN