image-n1karobka_ads
image-123
image-694d155a02e8bd517d37d30cbackend

ABŞ Powerball lotereyasında 1,8 milyard dollarlıq cekpot qalibi məlum oldu

image-ad_qayo_720x110px

Lotereyanın veb saytına görə, Arkanzas sakini Milad ərəfəsində məşhur ABŞ Powerball lotereyasının 1,8 milyard dollarlıq (vergilər çıxılmadan əvvəl) cekpotunu qazanıb.

Doğru.az xəbər verir ki, Arkanzasda satılan bilet dünən gecəki lotereyada çıxan altı rəqəmin hamısına uyğun gəlib və 1,817 milyard dollarlıq cekpotu qazandırıb.

Vergilər çıxıldıqdan sonra qalibin qazancı 834,9 milyon dollar olacaq. Bu cekpot ABŞ-da indiyə qədər qazanılan ikinci ən böyük məbləğdir.

Daha səkkiz lotereya iştirakçısı isə hər biri 1 milyon dollar mükafat qazanıb. Noyabr ayında isə Dreamallion lotereyasında 14 rusiyalı hər biri 1 milyon rubl qazanmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki