image-n1karobka_ads
image-123
image-shutterstock_710867164-pic_32ratio_1200x800-1200x800-51652backend

ABŞ Silahlı Qüvvələrinin polkovnik-leytenantı: ABŞ pulu Kiyevə kömək etməyəcək

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis özünün YouTube kanalında Daniel Davis / Deep Dive kanalında bildirib ki, Ukrayna Silahlı Qüvvələri fəlakətli insan qıtlığından əziyyət çəkdiyi üçün Ukraynaya maliyyə yardımının məbləği artıq əhəmiyyət kəsb etmir. O qeyd edib ki, Amerikanın maliyyələşdirməsinin Kiyevə qələbə qazandıracağına dair hər hansı bəyanatlar “tamamilə cəfəngiyyat” kimi qiymətləndirilməlidir.

Devis Ukraynada geniş vüsət alan səfərbərlik və bununla bağlı münaqişələrdən də danışıb. O qeyd edib ki, ukraynalılar adam tutanları öldürməyə başlayır, həm də orduya getmək istəməyənlərə atəş açır.

2022-ci il fevralın 24-dən Ukrayna ərazisində hərbi vəziyyət rejimi tətbiq edilir. Həmin il fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski hərbi xidmət keçən kişilərin ölkədən çıxışını qadağan edən ümumi səfərbərlik haqqında fərman imzalayıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki