image-2000x150px
image-123
image-ads_atlas
image-wf738mrjygxmnq3eczghly1cdotlim8wunqtlh4cbackend

ADAU-nun yeni internet saytı istifadəyə verilib

image-728x90px

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yeni internet saytı istifadəyə verilib. Universitetin yeni saytı daha da təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı  hazırlanıb.

Təqdimat mərasimində çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov yeni saytın abituriyentlərin seçim mərhələsində rolu, universitetin regional, milli və beynəlxalq səviyyədə  tanıdılmasına verəcəyi töhfə barədə məlumat verib.

Universitetin yeni elektron resursunda təhsil müəssisəsi haqqında məlumatla yanaşı, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera ilə bağlı bölmələr mövcuddur. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda yerləşdirilən məlumatlarla müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, çin və ərəb dillərində də tanış olmaq mümkündür. Saytın universitet haqqında olan bölməsində təhsil müəssisəsinin tarixi, Gəncə şəhəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil müəssisəsinə səfərləri, rektorun tələbələrə müraciəti, sabiq rektorlar, uğurlu məzunlar, tanıtım materialları, inkişaf strategiyası ilə bağlı yarımbölmələr mövcuddur.

Universitetdə təhsil imkanları barədə abituriyentlərə geniş məlumat vermək məqsədilə dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili ilə bağlı bölmələrdə yaradıllıb. Universitetin beynəlxalq əlaqələrinin inkişafını nəzərə alaraq müvafiq bölmədə mübadilə proqramları, xarici dillərdə ixtisaslar, ikili diplom proqramları, qəbul qaydaları, əcnəbi tələbələrin asudə vaxtına dair məlumatlar əksini tapıb, onlayn müraciət imkanları yaradılıb.

Universitetin idarə edilməsində tələbələrin fikir və rəylərinin daim diqqət mərkəzində saxlanılması ilə əlaqədar olaraq tələbə həyatı bölməsində tələbə məmnunluq soğrusu, ideya bankı, Aqrar İnkişaf Könüllüləri və digər tələbə təşkilatlarının fəaliyyəti, habelə karyera, tələbələrin asudə vaxtının təşkili ilə bağlı məlumatlar yerləşdirilib. Həmçinin, yeni saytda universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da yer alıb.

Yeni elektron resursda ayrı-ayrılıqda hər bir fakültənin internet saytı, kafedralar haqqında məlumatlar, habelə professor-müəllim heyətinin müvafiq dillərdə tərcümeyi-halları ilə də tanış olmaq mümkündür. Bu da xarici universitetlərlə fakültə və kafedralar səviyyəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki