Eritreya milli futbol komandası 2026-cı il dünya çempionatının seçmə turnirindən imtina edib.
Qeyd olunur ki, yığma futbolçuların başqa ölkələrə qaçacağından ehtiyat etdiyi üçün seçmə mərhələlərdə iştirakdan imtina edib. Mənbənin sözlərinə görə, Eritreya millisinin futbolçuları seçmə turnirə 3 ay hazırlaşsalar da, oktyabrın sonunda onlara dünya çempionatına vəsiqə qazana bilməyəcəkləri barədə məlumat verilib. Eritreyada oyunçuların başqa ölkələrdən siyasi sığınacaq axtarmaq üçün səfər matçlarından istifadə edəcəyindən qorxurlar. Bildirilir ki, bəzi milli komanda oyunçuları yerli İdman və Mədəniyyət Nazirliyini komandaya seçimdə iştirak etmək üçün icazə verməyə razı salmağa çalışsalar da, rədd cavabı alıblar.
Eritreya millisi 2020-ci ildən beynəlxalq yarışlarda iştirak etmir.
Mənbə: NTV Spor