Avropa İttifaqı ölkələrinin liderləri gələn həftə Kiyevə 50 milyard avro məbləğində yardımın ayrılması barədə razılığa gələ bilərlər.
Bloomberg bu barədə Latviya prezidenti Edqars Rinkeviçsə istinadən xəbər verir.
Agentlik bildirir ki, Latviya prezidenti vəsaitin ayrılmasının ya bütün 27 müttəfiq dövlətin razılığı əsasında, ya da “başqa mexanizm” əsasında aparılacağını bildirib. Rinkeviçs Ukraynanın bu pulu almalı olduğunu qeyd edib, həmçinin Aİ ölkələri ilə kompromis əldə edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, vəsait hissə-hissə ayrıla bilər.
NATO-nun baş katibi Yens Stoltenberq bu yaxınlarda Ukraynaya ümumilikdə 1,2 milyard dollar dəyərində mərmi göndərəcəyini vəd edib, lakin təşkilata üzv ölkələrin hərbi sənaye kompleksi (MİK) birdən-birə bu qədər sursat istehsal etmək iqtidarında deyil.
Mənbə: Bloomberg