Aİ liderləri Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətlərini bəyan etməyi planlaşdırırlar.
Reuters bu barədə Avropa ölkələrinin sammitinin fevralın 1-də dərc olunacaq yekun bəyanat layihəsinə istinadən yazır.
Sənəddə Kiyevə “vaxtında, proqnozlaşdırıla bilən və davamlı hərbi dəstək verməyə davam etmək əzmindən” bəhs edilir.
“Avropa Şurası həmçinin döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin təcili zərurətini bir daha təsdiqləyir”, – bəyanatın mətnində deyilir.
Mənbə: Reuters