image-2000x150px
image-123
image-ads_atlas
image-ap19029411226013-pic_32ratio_900x600-900x600-16821-1backend

Aİ-nin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməyiblər

image-728x90px

Avropa İttifaqının daimi nümayəndələri hələ də 12-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər, ona görə də dekabrın 12-də axşam işlərinə davam edəcəklər.

Bu barədə RİA Novosti Avropa rəsmiləri arasında olan mənbəyə istinadən yazır.

“Daimi nümayəndələr dünən bu məqamlarda (Rusiya Federasiyasına qarşı iqtisadi və şəxsi sanksiyalar) razılığa gəlməyiblər və bu gün saat 17:00-da bu mövzunu müzakirə etməyə davam edəcəklər”, – deyə jurnalistlərə bildiriblər.

Tərəflərin təsdiq prosesində müəyyən irəliləyiş əldə etdiyi bildirilib, lakin məhdudiyyətlərin dərc olunma tarixi açıqlanmayıb. Yekun razılıq əldə olunarsa, nazirlər tərəfindən təsdiqləmə proseduruna başlanılacaq. Sonra sənəd yenidən yoxlanılacaq və Aİ-nin rəsmi jurnalında dərc olunacaq ki, bu da sanksiyaların qüvvəyə minməsi deməkdir.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki