image-n1karobka_ads
image-123
image-2023-12-11t060048z_36397101_rc2z84akt2gb_rtrmadp_3_ukraine-crisis-eu-pic_32ratio_900x600-900x600-89013backend

Aİ xarici işlər nazirləri İsrail və Fələstin nümayəndələri ilə görüşəcək

Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin administrasiyasının baş diplomatı Riyad əl-Maliki ilə ayrı-ayrılıqda görüşlər keçirəcək; tərəflər Qəzza zolağındakı vəziyyətin həllini müzakirə edəcəklər, baxmayaraq ki, Qai və əl-Malikinin görüşü gözlənilmir. 

Bu barədə İsrailin “Times of Israel” qəzeti yazır.

“Aİ-nin xarici işlər nazirləri bu gün İsrail və fələstinli həmkarları ilə davamlı sülh perspektivləri ilə bağlı ayrı-ayrılıqda danışıqlar aparacaqlar”, – nəşr yazıb.

Katz və əl-Maliki bu gün Brüsseldə Səudiyyə Ərəbistanı, İordaniya, Misirdən olan həmkarları və Ərəb Liqasının baş katibinin də iştirak edəcəyi Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında ayrıca çıxış edəcəklər.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki