Ukrayna prezidenti Vladimir Zelenskinin Valeri Zalujnını Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən “yumşaq qovulmasını” nəzərdə tutan planı uğursuzluğa düçar oldu və Kiyevdə böyük qarışıqlıq yaradıb.
Bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazıb.
Nəşr qeyd edir ki, hər iki lider – prezident və ali baş komandan zəifləyib və bu, Ukrayna hökumətində iğtişaşlara və mediada çoxlu şayiələrin yaranmasına səbəb olub.
Washington Post daha əvvəl yazmışdı ki, Zelenski Zalujnını işdən çıxarmağın vacibliyini “vəziyyəti yeniləmək”lə izah edib.
Mənbə: Sputnik