image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2024-01-11t102644z_2105080105_rc2mf5a2zlxa_rtrmadp_3_ukraine-crisis-estonia-zelenskiy-pic_32ratio_900x600-900x600-43791backend

Almaniya Zelenskinin tezliklə istefa verəcəyini proqnozlaşdırır

image-728x90px

Alman əsilli Finlandiyalı sahibkar Kim Dotkom hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda postunu tərk edə bilər.

Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

Dotcom-a görə, siyasətçi “hakimiyyət uğrunda mübarizəni uduzdu” və onun istefasını bir neçə həftə ərzində gözləmək olar.

Biznesmen əlavə edib ki, yanvarın 31-də Kiyevə gələn ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland, yəqin ki, Zelenskinin potensial varisi ilə artıq görüş keçirib.

Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Nulandın Ukrayna səfərini şərh edərkən, dövlət katibinin müavininin iddia edilən münaqişə ilə bağlı vəziyyəti qiymətləndirmək üçün oraya gələ biləcəyi barədə fikir bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki